Monitorinq keçirilib
27 Noyabr 2015, 00:00
02-06 noyabr 2015-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin, Kənd Təsərrüfatı Nazirliyinin Respublika Baytarlıq Laboratoriyasının və Səhiyyə Nazirliyinin Taun Əleyhinə Mübarizə Stansiyasının əməkdaşlarının birgə iştirakı ilə “Quş qripi” xəstəliyinin profilaktikası məqsədilə növbəti seromonitorinq keçirilib.
Abşeron, Ağgöl, Şirvan Milli Parklarında, Qızılağac Dövlət Təbiət Qoruğunda və Ağzıbir Ovçuluq Təsərrüfatında keçirilən monitorinqlər zamanı sözügedən ərazilərdə xəstə və xəstəlikdən tələf olan çöl quşlarının cəsədlərinə rast gəlinməyib.
Qeyd edək ki, monitorinq zamanı 20 ədəd quş götürülərək quş qripindən müayinə məqsədilə Respublika Baytarlıq Xidmətinin Laboratoriyasına göndərilib.