Xəbərlər

Respublikanın çaylarında mövcud vəziyyət

22 İyul 2019, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 130 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla olmaqla 40-80 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və normadan çox olmaqla  90-120 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
İyulun 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 22 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 97 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 63 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 85 m3/s olmaqla, ongünlük normadan az olub.
İyulun 22-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 46 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 52 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 57 m3/s təşkil etməklə ongünlük normadan az olub.
İyulun 22-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 9 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 13 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 39 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik  müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 315 sm təşkil edib. Bu rəqəm 2018-ci il iyulun 22-də isə 322 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 51 sm qeydə alınıb. 2018-ci il iyulun 22-də isə bu rəqəm 161 sm təşkil edib. Salyanda suyun səviyyəsi 2 sm artıb və 70 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 75 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 3 sm azalaraq 160 sm olub və bu göstərici 2018-ci il iyulun 22-də 187 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 sm azalaraq 20 sm müşahidə olunub. Bu rəqəm  2018-ci il iyulun 22-də  isə  37 sm təşkil edib.