Xəbərlər

Respublikanın çaylarında mövcud vəziyyət

15 İyul 2019, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan yağışla əlaqədar respublikanın əksər dağ çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 130 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla olmaqla 40-110 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 140-190 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
İyulun 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 87 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 42 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 123 m3/s olmaqla, ongünlük normadan az olub.
İyulun 15-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 55 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 49 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 26 m3/s təşkil etməklə ongünlük normadan az olub.
İyulun 15-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 30 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 35 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 38 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 sm artaraq 325 sm təşkil edib. Bu rəqəm 2018-ci il iyulun 15-də isə 310 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 69 sm qeydə alınıb. 2018-ci il iyulun 15-də isə bu rəqəm 149 sm təşkil edib. Salyanda suyun səviyyəsi 9 sm azalıb və 85 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 73 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 6 sm azalaraq 167 sm olub və bu göstərici 2018-ci il iyulun 15-də 186 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 4 sm artaraq 40 sm müşahidə olunub. Bu rəqəm  2018-ci il iyulun 15-də  isə  45 sm təşkil edib.