Respublikanın çaylarında mövcud vəziyyət
05 İyul 2019, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-80 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və normadan çox olmaqla 90-120 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
İyulun 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 37 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 120 m3/s olmaqla, ongünlük normadan az olub.
İyulun 5-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 76 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 52 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 42 m3/s təşkil etməklə ongünlük normadan az olub.
İyulun 5-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 26 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 26 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 33 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 12 sm azalaraq 363 sm təşkil edib. Bu rəqəm 2018-ci il iyulun 5-də isə 349 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 6 sm artaraq 85 sm qeydə alınıb. 2018-ci il iyulun 5-də isə bu rəqəm 201 sm təşkil edib. Salyanda suyun səviyyəsi 13 sm artıb və 85 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 167 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 167 sm olub və bu göstərici 2018-ci il iyulun 5-də 197 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 3 sm azalaraq 50 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il iyulun 05-də isə 48 sm təşkil edib.