Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov fevral ayının 19-da Salyan şəhərində vətəndaşların qəbulunu keçirəcək
14 Fevral 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 19 fevral 2014-cü il tarixində saat 15:00-da Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Salyan şəhəri Təbriz Xəlilbəyli küçəsi-126) Salyan, Biləsuvar, Neftçala, Hacıqabul rayonlarında və Şirvan şəhərində yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Şirvan şəhəri İsmət Qayıbov küçəsi-16, əlaqə telefonları: 070 376 09 80; 070 706 96 60; 021- 21- 6 -22-47) xahiş olunur.