Xəbərlər

Görüş keçirilib

03 İyun 2019, 00:00

03 iyun 2019-cu il tarixində Xarici İşlər və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirliklərinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən islahatlar, layihələr və gələcək perspektivlərlə bağlı diplomatik korpus nümayəndələrinə məlumatlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.