Xəbərlər

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə məktəblilər üçün “Ekoloji Triada” aksiyası keçirilmişdir

28 May 2019, 00:00

 Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə məktəblilər üçün “Ekoloji Triada” aksiyası keçirilmişdir. Aksiya üç ekoloji əhəmiyyətli günə - 22 May - Biomüxtəliflik Günü, 23 May - Azərbaycan Ekoloqlar Günü və 24 May- Avropa Milli Parklar Gününə həsr olunmuşdur.

Aksiya çərçivəsində Avropa Milli Parklar Gününün qeyd olunması məqsədi ilə Azərbaycanda fəaliyyət göstərən Milli Parklarla Avropada mövcud Milli parklar arasında əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi üçün ölkəmizin Milli Parklarında yaşayan flora və fauna növləri adından Avropada olan Milli Parklardakı canlılara ekoloji məktublar göndərilmişdir. Məktublarda məktəblilər tərəfindən çəkilən canlıların rəsmləri təqdim olunmuşdur, onların qısa təsviri və yaşayış arealı haqqında məlumatlar verilmişdir.

Avropa Milli Parklar Günü – Avropark Federasiyası tərəfindən 1999-cu ildən etibarən qeyd olunur. Tədbirlər Avropa dövlətlərini əhatə edir. Avropada ilk park 1909-cu il, may ayının 24-də İsveçrədə yaradılmışdır.