Xəbərlər

2019-cu il mayın 19-u gündüzdən 20-si səhərədək müşahidə olunmuş faktiki hava şəraiti haqqında Məlumat

20 May 2019, 00:00

Əvvəlcədən xəbər verildiyi kimi mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit  keçib,  rayonlarda  bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib. Yağan leysan xarakterli intensiv yağışla əlaqədar Kişçaydan daşqın keçib.

Ən çox düşən yağıntının miqdarı:  Oğuzda 44 (aylıq normanın 41 faizi), Kişçayda (Şəki) 40 (39 faiz), Zaqatalada 33 (26 faiz), Xınalıqda 25, İsmayıllıda 22, Göyçayda 21 (34 faiz), Qəbələdə 19, Sarıbaşda (Qax) 18, Xaltanda 15, Qırızda 13, Naftalanda 12 mm qeydə alınıb. Digər rayonlarda 1-8 mm olub.

Külək: Cənub-qərb küləyi Gəncədə 34, İsmayıllıda 32, Daşkəsəndə 30, Ağsuda 27, Şamaxıda 26, Balakəndə 24, Zaqatalada 22, Göygöl, Yevlax, Yeniabad kəndində (Şəmkir) 20, Şəkidə 18, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 15-20 m/s-dək güclənib.

Dolu: Şəkinin Əyriçay məntəqəsində diametri 34, Dəhnə kəndi, Acınohur və Sarıbaş kəndində  saat 00:00 radələrində diametri 16, saat 22:00-22:45 radələrində Kiçik Dəhnə kəndində diametri 18-20, Tərtər rayonunda  saat 22:15-22:18 radələrində diametri 10 mm olan, Zaqatalada rayonu ərazisinə isə saat 22:22 radələrində dolu düşüb.  

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 22-dək davam edəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.