Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

14 Fevral 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-220, Kiçik Qafqazın çaylarında 130-140, Lənkəran-Astara bölgəsi çaylarında 80-120, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla ongünlük normanın 78 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər çox olmaqla 162 m3/s və ongünlük normanın 98 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 51 m3/s olmaqla, ongünlük normanın 74 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 64 m3/s təşkil edərək ongünlük normanın 93 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 13, Salyanda 15, Bankədə 8 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım müşahidə olunub. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 387 sm (2013-cü il fevralın 14-də 452 sm), Şirvanda 254 sm (2013-cü il fevralın 14-də 347 sm), Salyanda 210 sm (2013-cü il fevralın 14-də 325 sm), Bankədə 215 sm (2013-cü il fevralın 14-də 267 sm), Araz çayının Novruzlu məntəqəsində isə 160 sm (2013-cü il fevralın 14-də 238 sm) təşkil edir.