Xəbərlər

“Bakı Marafonu 2019” a Ekologiya Nazirliyinin əməkdaşları da qatılıb

05 May 2019, 00:00

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir ki baş tutan marafon Dövlət Bayrağı Meydanından başlayıb, Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik  məsafədə davam edib.

Qeyd edək ki, idmanın inkişafına dəstək göstərən, sağlam və ekoloji təmiz həyat tərzini təbliğ edən bu layihəyə  qoşulanların sayı ildən ilə artır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çoxsaylı əməkdaşlarının da qatıldığı builki marafonda ümumilikdə 22320 şəxs qeydiyyatdan keçib. Yarışa Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərin təmsilçiləri, Azərbaycanın dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar və ilk dəfə olaraq  Heydər Əliyev Fondunun dəstəyi ilə protezlərlə təmin olunmuş bir qrup Qarabağ müharibəsi əlili də qoşulub. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar gəlib. 

Qaliblər, fəal iştirakçılar təşkilatçılar və sponsorlar tərəfindən pul mukafatı və qiymətli hədiyyələrlə təltif olunub.