Xəbərlər

Tələbələr Hidrometeoroloji Stansiyada olublar

01 May 2019, 00:00

1 may 2019-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-coğrafiya  fakultəsinin tələbələri Milli Hidrometeorologiya Departamentinin Abşeron və Dəniz Hidrometeorologiya Mərkəzinin Bakı (Xırdalan) Hidrometeoroloji Stansiyasında olublar. Onlara Azərbaycanda Hidrometeorologiya Xidmətinin əhəmiyyəti, inkişaf tarixi və istiqamətləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda  hidrometeoroloji məlumatların mülki və hərbi aviasiyada, kənd təsərrüfatında, su, energetika sistemində və iqtisadiyyatın digər sahələrində əhəmiyyətindən danışılıb.

Daha sonra tələbələr stansiya ilə yaxından tanış olublar, birgə müşahidələr aparılıb. Tələbələri maraqlandıran çoxsaylı suallar stansiyanın mütəxəssisləri tərəfindən cavablandırılıb.