Xəbərlər

Respublikanın çaylarında mövcud vəziyyət

29 Aprel 2019, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 70, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında  sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla  160-210 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyət

Aprelin 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 328 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 46 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 315 m3/s olmaqla, ongünlük normadan az olub.

Aprelin 29-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 132 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 74 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 139 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Aprelin 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 17 sm azalaraq 571 sm təşkil edib. Bu rəqəm 2018-ci il aprelin 29-da isə 369 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 8 sm azalaraq 409 sm qeydə alınıb. 2018-ci il aprelin 29-da isə bu rəqəm 257 sm təşkil edib. Salyanda suyun səviyyəsi 18 sm azalıb və 418 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 188 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 6 sm azalaraq 307 sm olub və bu göstərici 2018-ci il aprelin 29-da 194 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 20 sm azalaraq 300 sm müşahidə olunub. Bu rəqəm  2018-ci il aprelin 29-da isə 74 sm təşkil edib.