Xəbərlər

Ağac kəsən şəxs cərimələndi

11 Aprel 2019, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonu Çiləgir kəndi ərazisində köküstə yaş  müxtəlif cinsli 9 ağacın kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların sözügedən kənd sakini Nəriman İsgəndərov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2950 manat məbləğində cərimə tətbiq edilib.