Ağacəkmə aksiyaları keçirilib
09 Aprel 2019, 00:00
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə respublika ərazisində kütləvi ağacəkmə aksiyaları keçirib.
06-07 aprel 2019-cu il tarixlərində keçirilən aksiyalar zamanı paytaxtın inzibati rayonlarında ümumilikdə 3050, regionlarda isə meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 21770 ədəd müxtəlif cinsli ağac əkilib.
Qeyd edək ki, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib.
Ağacəkmə aksiyaları davam edir.