Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
08 Aprel 2019, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq ongünlük normanın 80-110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 20 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 257 m3/s olmaqla, ongünlük normanın 55 faizini təşkil edir. 2018-ci ildə bu rəqəm 375 m3/s olmaqla, ongünlük normanın 80 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 99 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2018-ci ildə bu rəqəm 189 m3/s olmaqla, ongünlük normanın 137 faizini təşkil edib.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 08-də Kür çayının aşağı axımında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqəsində 2, Şirvanda 10, Salyanda 13, Bankədə 8 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 380 sm (2018-ci il aprelin 08-də 382 sm), Şirvanda 169 sm (2018-ci il aprelin 08-də 282 sm), Salyanda 188 (2018-ci il aprelin 08-də 189 sm), Bankədə 181 sm (2018-ci il aprelin 08-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 98 sm (2018-ci il aprelin 08-də 89 sm) təşkil edir.