Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

18 Mart 2019, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 100-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət 

Martın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 207 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 268 m3/s olmaqla ongünlük normanın 111 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla, ongünlük normanın 58 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 94,5 m3/s təşkil edərək ongünlük normanın 114 faizinə bərabər olub. 

Kür çayının aşağı axınında hazırki vəziyyət 

Martın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb, lakin Salyan və Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 312 sm (2018-ci il martın 18-də 350 sm), Şirvanda 155 sm (2018-ci il martın 18-də 213 sm), Salyanda 76 (2018-ci il martın 18-də 155 sm), Bankədə 167 sm (2018-ci il martın 18-də 171 sm), Araz çayının Novruzlu məntəqəsində isə 19 sm (2018-ci il martın 18-də 81 sm) təşkil edir.