Görüş keçirilib
14 Mart 2019, 00:00
13 mart 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Büronun direktoru xanım Miryana Eqqer ilə görüş keçirilib.
Görüş zamanı Azərbaycan Respublikası və UNDP arasında ətraf mühit sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək planlar müzakirə olunub.