Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri mart ayının 29-da Ağsu şəhərində vətəndaşları qəbul edəcək

11 Mart 2019, 00:00

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 29 mart 2019-cu il tarixində saat 10:00-da  Ağsu  şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Ağsu  şəhəri, Azərbaycan prospekti)  Ağsu, Ucar, Kürdəmir, Şamaxı, Qobustan və Göyçay rayonlarının vətəndaşlarını qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: İsmayıllı şəhəri, Həsən bəy Zərdabi 3) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 055-279-70-00, 055-859-80-90, 020-285-33-57) xahiş olunur.