Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

04 Mart 2019, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Martın 04-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 115 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 185 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib. 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla, ongünlük normanın 58 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 55 m3/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub. 

Kür çayının aşağı axınında hazırki vəziyyət 

Martın 04-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 10, Salyanda 13, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınıb. 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2018-ci il martın 04-də 371 sm), Şirvanda 203 sm (2018-ci il martın 04-də 233 sm), Salyanda 151 (2018-ci il martın 04-də 191 sm), Bankədə 168 sm (2018-ci il martın 04-də 192 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2018-ci il martın 04-də 105 sm) təşkil edir.