Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

10 Fevral 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-220, Kiçik Qafqazın çaylarında 130-140, Lənkəran-Astara bölgəsi çaylarında 50-70, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər çox olmaqla 142 m3/s və ongünlük normanın 86 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 59 m3/s olmaqla, ongünlük normanın 86 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 66 m3/s təşkil edərək ongünlük normanın 96 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Salyanda 9, Bankədə 7, Kür çayının Surra məntəqəsində, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma müşahidə olunub. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 404 sm (2013-cü il fevralın 10-da 458 sm), Şirvanda 285 sm (2013-cü il fevralın 10-da 348 sm), Salyanda 261 sm (2013-cü il fevralın 10-da 310 sm), Bankədə 232 sm (2013-cü il fevralın 10-da 261 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2013-cü il fevralın 10-da 216 sm) təşkil edir.