Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
22 Fevral 2019, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 177 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 54 m3/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 69 m3/s təşkil edərək ongünlük normanın 90 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 22--də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4, Salyanda 3 sm artım, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 403 sm (2018-ci il fevralın 22-də 404 sm), Şirvanda 275 sm (2018-ci il fevralın 22-də 279 sm), Salyanda 231 (2018-ci il fevralın 22-də 225 sm), Bankədə 215 sm (2018-ci il fevralın 22-də 206 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2018-ci il fevralın 22-də 116 sm) təşkil edir.