Canavarların kəndlərə hücumu ilə bağlı İşçi Qrup yaradılıb
19 Fevral 2019, 00:00
Goranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.
ETSN-nin və “Azərovçu” İctimai Birliyinin əməkdaşlarından ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədilə sözügedən ərazini nəzarətə götürərək vəhşi heyvanların sayının tənzimlənməsi ilə bağlı tədbirlər görür.