Xəbərlər

Fevralın 15-i gündüzdən 16-sı səhərədək müşahidə olunan faktiki hava

16 Fevral 2019, 00:00

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi fevralın 15-dən 16-sı səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib,  arabir  yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb,  bəzi yerlərdə intensiv olub.

    Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9 mm(aylıq normanın 41 faizi), Lənkəran-Astara zonasında 30 mm (aylıq normanın 32 faizi), Mərkəzi Aran rayonlarında 23 mm (aylıq normanın 85 faizi), Böyük Qafqazda 7 mm, Kiçik Qafqazda 6 mm təşkil edib.

    Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 18 sm, Lerkdə 15 sm, Yardımlıda 10 sm, Şahdağda 7 sm, Daşkəsən, Göygöl, Xaltanda 5 sm, Altıağacda 4 sm, Sarıbaş, Qırızda 3 sm, Kişçay,  Xınalıqda 2 sm, Mərəzə, Qusarda 1 sm  olub