Ekologiya və Təbii Sərvətlər naziri fevral ayının 15-də Beyləqan şəhərində vətəndaşları qəbul edəcək
06 Fevral 2019, 00:00
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 15 fevral 2019-cu il tarixində saat 10:00-da Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti 7) Beyləqan, İmişli, Zərdab, Fizuli, Xocavənd və Laçın rayonlarının vətəndaşlarını qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli 26) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-386-80-23, 050-565-43-55, 0 21 27 5 01 53) xahiş olunur.