Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
04 Fevral 2019, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-90 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 135 m3/s olmaqla ongünlük normanın 81 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 167 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 74,0 m3/s olmaqla, ongünlük normanın 108 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 54 m3/s təşkil edərək ongünlük normanın 78 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 4, Bankə və Araz çayının Novruzlu məntəqələrində 2 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 424 sm (2018-ci il fevralın 4-də 377 sm), Şirvanda 315 sm (2018-ci il fevralın 4-də 257 sm), Salyanda 284 (2018-ci il fevralın 4-də 211 sm), Bankədə 241 sm (2018-ci il fevralın 4-də 204 sm), Araz çayının Novruzlu məntəqəsində isə 151 sm (2018-ci il fevralın 4-də 117 sm) təşkil edir.