Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

07 Fevral 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-210, Kiçik Qafqazın çaylarında 120-210, Lənkəran-Astara bölgəsi çaylarında 30-60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 07-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 121 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər çox olmaqla 130 m3/s və ongünlük normanın 78 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 69 m3/s təşkil edərək ongünlük normanın 100 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 5, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 20 sm artım, Surra məntəqəsində 2 sm azalma müşahidə olunub, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 443 sm (2013-cü il fevralın 07-də 452 sm), Şirvanda 322 sm (2013-cü il fevralın 07-də 323 sm), Salyanda 280 sm (2013-cü il fevralın 07-də 240 sm), Bankədə 246 sm (2013-cü il fevralın 07-də 235 sm), Araz çayının Novruzlu məntəqəsində isə 210 sm (2013-cü il fevralın 07-də 200 sm) təşkil edir.