Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
18 Yanvar 2019, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-130 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 78 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 177 m3/s olmaqla ongünlük normanın 111 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 57,0 m3/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 71 m3/s təşkil edərək ongünlük normanın 106 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Salyan məntəqələrində 6, Şirvan və Araz çayının Novruzlu məntəqələrində 4, Bankədə isə suyun səviyyəsində 8 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 434 sm (2018-ci il yanvarın 18-də 386 sm), Şirvanda 303 sm (2018-ci il yanvarın 18-də 255 sm), Salyanda 278 (2018-ci il yanvarın 18-də 219 sm), Bankədə 253 sm (2018-ci il yanvarın 18-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 153 sm (2018-ci il yanvarın 18-də 118 sm) təşkil edir.