Xəbərlər

ETSN-də yaradılan Qərərgahın operativ məlumatı (Yenilənir)

17 Yanvar 2019, 00:00

17 yanvar saat 23:00-a olan məlumata əsasən Pirallahıda 43 m/s, Maştağada 39 m/s, Bakıda 36 m/s, Sumqayitda 35 m/s, Günəşli yatağında 32 m/s, Şahdənizdə 31 m/s, Qum adasında 30 m/s təşkil edir. Dalğanın hündürlüyü Günəşli yatağında 10 metr, Şahdənizdə 6,6 olub.

------------------------------------------------------------------------------------------------------------------

17 yanvar saat 21:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti  26-31 m/s təşkil edir. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub. Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir.

------------------------------------------------------------------------------------------------------------------

17 yanvar saat 17:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti Pirallahıda 30 m/s, Baki, Sumqayıt, Maştağa, Biləcəridə 40 m/s-dək şiddətlənib. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir. Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti təşkil edir.

------------------------------------------------------------------------------------------------------------------

17 yanvar saat 15:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Sumqayıtda küləyin ani, maksimal sürəti 40 m/s çatıb. Dalğanın hündürlüyü açıq dənizdə 7,5 metrdir. Respublika ərazisinin əksər rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə şaxta, dağətəyi rayonlarda 0-3 dərəcə isti aran rayonlarda 4-6 dərəcə isti təşkil edir.

------------------------------------------------------------------------------------------------------------------

17 yanvar saat 12:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir. Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.

------------------------------------------------------------------------------------------------------------------

17 yanvar saat 09:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyədək şiddətlənib. Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir

------------------------------------------------------------------------------------------------------------------

17 yanvar saat 06:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda 24 m/san, Abşeron yarımadasında 26 m/san. arabir 30 m/saniyədək şiddətlənib, dalğanın hündürlüyü Günəşli yatağında 3,8 metrə çatıb.

------------------------------------------------------------------------------------------------------------------

17 yanvar saat 03:00-a olan məlumata görə açıq dənizdə dalğanın hündürlüyü 3,5 metrə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcə aşağı enərək 6/,3 dərəcə təşkil edir.

------------------------------------------------------------------------------------------------------------------

17 yanvar saat 01:55 radələrində Çilov adasında şimal-qərb küləyinin sürəti 25 m/saniyədək güclənib.