Ekologiya və Təbii Sərvətlər Naziri yanvar ayının 25-də Biləsuvar şəhərində vətəndaşları qəbul edəcək
15 Yanvar 2019, 00:00
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 25 yanvar 2019-cu il tarixində saat 10:00-da Biləsuvar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 213) Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarının vətəndaşlarını qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Lənkəran şəhəri, Fizuli küçəsi 75 ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-369-20-77, 050-275-37-75, 012-585-50-73) xahiş olunur.