Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

14 Yanvar 2019, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-90 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Yanvarın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 122 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 177 m3/s olmaqla ongünlük normanın 111 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 57,5 m3/s olmaqla, ongünlük normanın 86 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 68 m3/s təşkil edərək ongünlük normanın 101 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Yanvarın 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 10, Salyanda 21, Bankədə 5,  Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 434 sm (2018-ci il yanvarın 14-də 375 sm), Şirvanda 313 sm (2018-ci il yanvarın 14-də 249 sm), Salyanda 275 (2018-ci il yanvarın 14-də 203 sm), Bankədə 245 sm (2018-ci il yanvarın 14-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 158 sm (2018-ci il yanvarın 14-də 105 sm) təşkil edir.