Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

07 Yanvar 2019, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-130 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Yanvarın 07-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 135 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 203 m3/s olmaqla ongünlük normanın 125 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 90 m3/s olmaqla, ongünlük normanın 127 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 84 m3/s təşkil edərək ongünlük normanın 119 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Yanvarın 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Bankə və  Araz çayının Novruzlu məntəqələrində 2, Surrada 5, Şirvanda 4, Salyanda isə suyun səviyyəsində 1 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 452 sm (2018-ci il yanvarın 07-də 398 sm), Şirvanda 351 sm (2018-ci il yanvarın 07-də 275 sm), Salyanda 311 (2018-ci il yanvarın 07-də 225 sm), Bankədə 261 sm (2018-ci il yanvarın 07-də 210 sm), Araz çayının Novruzlu məntəqəsində isə 185 sm (2018-ci il yanvarın 07-də 132 sm) təşkil edir.