ETSN tərəfindən araşdırmalar aparılır
30 Dekabr 2018, 00:00
30 dekabr 2018-ci il tarixində saat 12 radələrində Sumqayıt şəhərində yerləşən Socar Polymer MMC-nin məşəl qurğusundan atmosferə qara tüstünün atıldığı müşahidə olunub. ETSN-nin əməkdaşları tərəfindən araşdırma aparılıb. Müəssisənin məsul şəxsləri yüksək gərginlikli elektrik xəttində qəza baş verdiyini və zavodda qurğuların dayanması nəticəsində atmosferə məşəl vasitəsilə qara tüstü atıldığını bildiriblər. Saat 14:10-da atılmalar dayandırılıb.
Hazırda ETSN-nin əməkdaşları tərəfindən ətraf mühitə təsirlərin təhlili məqsədilə araşdırmalar aparılır.