Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

24 Dekabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-170, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 110-190 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Dekabrın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 165 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 205 m3/s olmaqla ongünlük normanın 140 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla, ongünlük normanın 121 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 51 m3/s təşkil edərək ongünlük normanın 70 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Dekabrın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqələrində 3, Şirvan və Bankədə 4, Salyanda isə suyun səviyyəsində 6 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 447 sm (2017-ci il dekabrın 24-də 402 sm), Şirvanda 339 sm (2017-ci il dekabrın 24-də 271 sm), Salyanda 304 (2017-ci il dekabrın 24-də 223 sm), Bankədə 259 sm (2017-ci il dekabrın 24-də 204 sm), Araz çayının Novruzlu məntəqəsində isə 152 sm (2017-ci il dekabrın 24-də 150 sm) təşkil edir.