Yaşıllıqların artırılması məqsədilə aksiyalar davam edir
18 Dekabr 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə payız ağacəkmə kampaniyası çərçivəsində Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş ağacların yenisi ilə əvəzlənməsi aksiyası davam edir.
14-17 dekabr 2018-ci il tarixlərində rayon icra hakimiyyətləri ilə birgə keçirilən növbəti aksiya zamanı Bakının Şərifzadə, Zərdabi, İstiqlaliyyət, M.Muxtarov, Ə.Cavad, Muxtadır, S.Vurğun, S.Əsgərova küçələrində 40 qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib, ərazidəki boş sahələrə 600-dən çox müxtəlif cinsli ağac əkilib.
Nazirlik aksiyalarda fəal iştirak edən ictimaiyyət nümayəndələrinə, rayon icra hakimiyyətlərinin əməkdaşlarına, ölkənin nüfuzlu və tanınmış şəxslərinə təşəkkürünü bildirir.
ETSN vətəndaşlardan xahiş edir ki, qurumuş və təhlükə yaradan ağaclarla bağlı Nazirliyin 168 nömrəli “Qaynar xətt” inə məlumat versinlər.