Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
17 Dekabr 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 90-160 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 227 m3/s olmaqla ongünlük normanın 146 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 191 m3/s olmaqla ongünlük normanın 122 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 107 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 41 m3/s təşkil edərək ongünlük normanın 54 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqələrində 5, Şirvanda 6, Salyanda 10, Bankədə isə suyun səviyyəsində 7 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 473 sm (2017-ci il dekabrın 17-də 381 sm), Şirvanda 351 sm (2017-ci il dekabrın 17-də 257 sm), Salyanda 312 (2017-ci il dekabrın 17-də 212 sm), Bankədə 265 sm (2017-ci il dekabrın 17-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 160 sm (2017-ci il dekabrın 17-də 131 sm) təşkil edir.