Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

14 Dekabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 85-95, Kiçik Qafqazın çaylarında 40-180, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 75-145 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Dekabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 177 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 112 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 82,5 m3/s olmaqla, ongünlük normanın 109 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 42 m3/s təşkil edərək ongünlük normanın 56 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Dekabrın 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 2, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım qeydə alınıb, lakin Salyan məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 446 sm (2017-ci il dekabrın 14-də 380 sm), Şirvanda 333 sm (2017-ci il dekabrın 14-də 269 sm), Salyanda 297 (2017-ci il dekabrın 14-də 232 sm), Bankədə 257 sm (2017-ci il dekabrın 14-də 206 sm), Araz çayının Novruzlu məntəqəsində isə 138 sm (2017-ci il dekabrın 14-də 130 sm) təşkil edir.