Ekologiya və Təbii Sərvətlər naziri Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib
10 Dekabr 2018, 00:00
10 dekabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycanla Türkiyə arasında ətraf mühit, meşələrin mühafizəsi, balıqçılıq, hidrometeorologiya və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.