Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
03 Dekabr 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 100-200, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 150-250 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 03-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 215 m3/s olmaqla ongünlük normanın 137 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 163 m3/s olmaqla ongünlük normanın 104 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 112 m3/s olmaqla, ongünlük normanın 146 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 33 m3/s təşkil edərək ongünlük normanın 43 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 03-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım, lakin Salyanda 16, Bankədə isə suyun səviyyəsində 3 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 394 sm (2017-ci il dekabrın 03-də 365 sm), Şirvanda 281 sm (2017-ci il dekabrın 03-də 225 sm), Salyanda 229 sm (2017-ci il dekabrın 03-də 179 sm), Bankədə 218 sm (2017-ci il dekabrın 03-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 96 sm (2017-ci il dekabrın 03-də 83 sm) təşkil edir.