Xəbərlər

Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir

23 Noyabr 2018, 00:00

23 noyabr  2018-ci il tarixində Badamdar sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Son günlər yağan yağış nəticəsində sürüşmənin baş hissəsində  asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib. Sürüşmənin alt hissəsində isə yeni çatlar qeydə alınıb.

Monitorinqlər davam etdirilir.