Xəbərlər

Noyabrın 22-si gündüzdən 23-ü səhərədək müşahidə olunmuş faktiki hava

23 Noyabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, Naxçıvan MR-nın bəzi yerlərində intensiv olub.

Düşən yağıntının miqdarı Naxcıvan MR-da 2-61, Kiçik Qafqazda  1, Qazax-Gəncə zonasında  1-2, Böyük Qafqazda  1-11, Mərkəzi-Aran rayonlarında 1-6, Lənkəran-Astara zonasında  1-4, Bakıda və Abşeron yarımadasında 2-11 mm  olub.

Qar örtüyünün hündürlüyü  Ağdərədə (Ordubad) 17 sm təşkil edib.