Xəbərlər

Noyabrın 21-i gündüzdən 22-si səhərədək müşahidə olunmuş faktiki hava

22 Noyabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 21-i günün ikinci yarısından 22-si səhərədək  hava şəraiti dəyişib, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv xarakterli olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Böyük Qafqazda 1-19, Qazax-Gəncə zonadında 1-4, Mərkəzi Aran rayonlarında 1-3 mm olub.