Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
19 Noyabr 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-130, Kiçik Qafqazın çaylarında 90-100, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 60-80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 228 m3/s olmaqla ongünlük normanın 130 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 160 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 102 m3/s olmaqla, ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 39,5 m3/s təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 17, Şirvanda 12, Salyanda 8, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 395 sm (2017-ci il noyabrın 19-da 367 sm), Şirvanda 285 sm (2017-ci il noyabrın 19-da 257 sm), Salyanda 255 sm (2017-ci il noyabrın 19-da 217 sm), Bankədə 234 sm (2017-ci il noyabrın 19-da 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 125 sm (2017-ci il noyabrın 19-da 90 sm) təşkil edir.