Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

16 Noyabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 50-100, Kiçik Qafqazın çaylarında 40-140, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 300 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Noyabrın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 173 m3/s olmaqla ongünlük normanın 98 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 167 m3/s olmaqla ongünlük normanın 170 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 84,5 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 42 m3/s təşkil edərək ongünlük normanın 42 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Noyabrın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda 16, Salyanda 4, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 12 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 381 sm (2017-ci il noyabrın 16-da 379 sm), Şirvanda 247 sm (2017-ci il noyabrın 16-da 253 sm), Salyanda 201 sm (2017-ci il noyabrın 16-da 233 sm), Bankədə 211 sm (2017-ci il noyabrın 16-da 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 110 sm (2017-ci il noyabrın 16-da 95 sm) təşkil edir.