Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri noyabr ayının 23-də Tovuz şəhərində vətəndaşları qəbul edəcək

15 Noyabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 23 noyabr 2018-ci il tarixində saat  09:30-da  Tovuz  şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Tovuz şəhəri, İstiqlal  küçəsi 1)  Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux  və  Göygöl rayonlarının vətəndaşlarını qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Tovuz şəhəri, Düz Cırdaxan kəndi) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-330-95-49, 050-349-02-83, 022-317-35-29) xahiş olunur.