Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
12 Noyabr 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində Lənkəran-Astara bölgəsinə yağan güclü leysan yağış nəticəsində ərazidən axan Lənkərançay, Vəşərüçay, Təngərüdçay, İstisuçayda suyun səviyyəsi 57-129 sm qalxıb, Boladıçay və Veravulçayda isə sel müşahidə edilib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 40-130, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 450 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 165 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 205 m3/s olmaqla ongünlük normanın 116 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 66,5 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 10, Salyanda 8, Bankədə 16, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 358 sm (2017-ci il noyabrın 12-də 367 sm), Şirvanda 211 sm (2017-ci il noyabrın 12-də 209 sm), Salyanda 163 sm (2017-ci il noyabrın 12-də 180 sm), Bankədə 193 sm (2017-ci il noyabrın 12-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 65 sm (2017-ci il noyabrın 12-də 95 sm) təşkil edir.