Xəbərlər

Noyabrın 06-sı gündüzdən 07-si səhərədək müşahidə olunmuş faktiki hava

07 Noyabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 06-dan  07-si səhərədək hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasinda isə güclü olub.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 28-78, Böyük Qafqazda 1-21, Naxçıvan MR-da 2-8, Qazax-Gəncə zonasında 1-7, Mərkəzi-Aran rayonlarında 1-6, Bakıda və Abşeron yarımadasında:   Sumqayıtda 10, Bakıda 6, Zabratda 0.2 mm təşkil edib.