Qanvermə aksiyası keçirilib
05 Noyabr 2018, 00:00
05 noyabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hemotologiya Transfiziologiya İnstitutunun təşəbbüsü ilə könüllü qanvermə aksiyası keçirilib.
Könüllü qanvermə aksiyasına Nazirliyin 200-ə yaxın əməkdaşı qoşulub. Aksiyada həkim hemotoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Qanvermə aksiyası talassemiyadan əziyyət çəkən uşaqların qanla təminatına yardım məqsədi daşıyır.