Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

05 Noyabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara çaylarında 50-100, Naxçıvan MR-da Naxçıvançay çayında 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Noyabrın 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 186 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 42 m3/s təşkil edərək ongünlük normanın 50 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Noyabrın 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 14, Salyanda 20, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 341 sm (2017-ci il noyabrın 05-də 326 sm), Şirvanda 205 sm (2017-ci il noyabrın 05-də 203 sm), Salyanda 149 sm (2017-ci il noyabrın 05-də 156 sm), Bankədə 175 sm (2017-ci il noyabrın 05-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2017-ci il noyabrın 05-də 40 sm) təşkil edir.