Xəbərlər

İcazəsiz balıq ovlayan şəxs saxlanılıb

29 Oktyabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Varvara su anbarında icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

Araşdırma zamanı brakonyerin Yevlax rayon sakini Dünyamin Abdullayev olduğu müəyyən edilib, ondan müxtəlif növ balıqlar və ov alətləri götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq icazəsiz balıq ovlayan şəxs barəsində 364 manat məbləğində iddia qaldırılıb.

Faktla bağlı D.Abdullayev barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Yevlax rayon Məhkəməsinə göndərilib.