İcazəsiz ov edən şəxslər saxlanılıb
24 Oktyabr 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.
Araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Vaqif Əliyev və Rauf Əliyev olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi və ovlanmış cürə quşu götürülüb.
Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 2005 manat məbləğində cərimə və ziyan tətbiq olunub.